U S E R A T O R

Userator Qurulumuna xoş gəldiniz !

Siz USERATOR - quraraq telegramın istifadəsini daha rahat və səmərəli vəziyyətə gətirə bilərsiniz :) Qurulumu aşağıdaki kimidir.
(Bu yazili qurulumdur video qurulum üçün buraya klik edin.)


Qurulum Mərhələ - 1 !

Botumuzun quraşdırılması üçün ilk öncə bizə "Heroku API KEY" lazımdır. "Heroku API KEY" üçün isə Heroku hesabı açmalıyıq. Bu linkdən (signup.heroku.com) Heroku hesabı aça bilərsiniz. Bu linkə girdiyiniz də belə bir səhifə ilə qarşılaşacaqsınız (Şəkildəki kimi , verilənləri bu tərzdə doldurun.) və qeyd olun. Və bundan sonra e-mailinizə təsdiqləmə mesajı gələcək. Həmin mesajdakı linkə daxil olaraq hesabınız üçün bir şifrə təyin edin. Şifrə təxminən - "taleh.123" tipli birşey olmalıdı.(bu sadəcə nümunədi, məcbur belə olmalı deyil. Sadəcə yazdığınız şifrənin qəbul olunması üçü böyük hərf, işarə və rəqəmlərdən istifadə olunmalıdır) Daha sonra click to produced'ə basırıq. Qarşınıza səhifə çıxacağ, bu səhifəni aşağı çəkib "accept" yazısına toxunuruğ.


Qurulum Mərhələ - 2 !

APİ KEY

“ Artıq Heroku hesabınız hazırdı. İndi isə "Heroku API KEY" almalıyıq. Aşağıda "Heroku API KEY" necə alınır göstərilib dashboard.heroku.com linkinə daxil olaraq şəkildə göstərilənləri edin.”
> >
“Və oradakı API KEY'i tam şəkildə kopy edib, saxlayın. Bundan sonra Heroku ilə işimiz bitdi ..”

Qurulum Mərhələ - 3 !

İndi isə, android üçün Play Store'dən "Termux" , iOS üçün isə App Store'dan "iSH" proqramını yükləyirik
Termux üçün:
bash <(curl -L https://git.io/JkrSb)
iSH üçün:
apk update && apk add bash && apk add curl && curl -L -o dto_installer.sh https://git.io/Jkr9n && chmod +x dto_installer.sh && bash dto_installer.sh

Hansı applikasiyanı işlədirsizsə ona uyğun kodu (qırmızı rənglə verilmiş) tam olaraq kopyalayın.
Kodlarını tamamilə kopy edib Termux və ya iSH-ə yapıştırırıq.
Sonra enter edirik (enter - silmə tuşunun altındakı boşluğ buraxma tuşudur) Yüklənmə zamanı heç bir düyməyə və ya enterə toxunmadan gözləyirik. Donma və ya xəta olarsa screenshot edib telegram qrupumuz olan @UseratorSUP'a bildirin.
>
Yüklənmə bitdikdən sonra belə bir ekran açılacaq. Burada botu hansı dildə istifadə etmək istəyirsinizsə həmin dilin qarşısındakı rəqəmi yazıb, enter edirik.
>
daha sonra , dashboard.heroku.com dan aldığımız "API KEY"i bura yapışdırıb enter edirik.
>
Burada string almaq üçün 1/2 seçməyinizi istəyəcək. Burada 1 yazıb enter edirik və qarşımıza belə bir ekran gəlir. Buraya nömrəmizi yazırıq. Nömrəni mütləq +994(başqa ölkədirsə həmin ölkənin nömrə kodu (məs: ABŞ üçün +1)) ilə yazırıq , Telegramın sizə göndərdiyi kodu copy edirik və buraya yapıştıraraq enter edirik. Telegram 2ci dəfə rəqəmli kod atacaq, onuda copy paste edirik və enterləyirik. Bundan sonra Deploy prosesi başlayır. Bu zaman heç yerə toxunmadan botun Deploy olmağını gözləyirik.

Deploy proseduru bitdindən sonra aşağıdaki kimi yer gələcək , seçimləri şəkildəki kimi edin.
>
Əgər sonrakı mərhələyə davam etmək istəyiriksə y yazıb enter edirik.
Bu zaman qarşımıza 3 seçim çıxır:
1. Botlog qrupu yaratmaq
2. Log atmağı bağlamaq
3. Çıxmaq

Əgər bunlardan hər hansısa birini etmək istəyirsinizsə (Botlog qrupu yaratmaq tövsiyə olunur) , həmin söz/cümlənin qarşısındakı (1, 2 ,3) rəqəmi daxil edib enter edirik
Sonda isə 3 yazıb enter edirik.
U S Σ R Δ T O R
Və, xeyirli olsun 🙂
Userbotunuz istifadəyə hazırdır.

Göstərilənlərdən hansıları edə bilmədinizsə xəta ilə qarşılaşdınızsa bizə bildirin 🙂
@UseratorSUP

İzahlı Qurulumla edəbilmədinizsə - VİDEO QURULUM